Elmlər Akademiyası metrosu və Bakı Dövlət Universitetinə ən yaxın binada, Megacity yaşayış kompleksində 150 kv.m sahəsi olan, əla təmirli mənzilsatılır. Təmirdən sonra mənzildə yaşayış olmayıb.
Mənzil 10 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşir. Planlaşdırması rahatdır, otaqlar genişdilər.
Binanın sakit və baxımlı həyəti mövcuddur. Həyətdə “Megacity” idman kompleksi yerləşir (fitness zalı, hovuz, spa və s.).
Lokasiya gündəlik həyat üçün əlverişlidir: metro, universitet, müasir parklar və ictimai nəqliyyat ən yaxın məsafədədir.