8 Mikrorayon, Cəfər Xəndan kücəsində. Kupçalı ıkı otağlı 77 kvadrat novostroykada mənzil satılır. Möhkəm tikilən novostroykalardandı. Hal hazırda tikilən kağız kimi nazik divar, keyfiyyətsiz binalardan deyil. Gəşəng planirovkası var. Mənzil yeni təmir olunub, tepliy pol vurulub. Şəkillərdə gördüyünüz kimidir, bu gün səhər çəkmişəm. Öz adımadı, ilk sahibiyəm, kupçası var. Tər təmiz, təmizdik şirkəti tərəfindən yığışdirılıb. Bütün accessuarlar təzələnib, təzə umıvalnik, unitaz, kranlar, boçok, hamısı təzə. Yeni kombi alınıb, yer parket, yeni divar kağızları. Mebellər hamısı üstündə verilir, şəkildə nə qörürsünüz hamısı.Mətbəx mebeli fanerkadan yox, ağır və keyfiyyətli gerçək taxtadandır. Təmiz taxtadan hazırlanmış mebeldir. Bütün ruçka / tutacaqlar yenilənib, zəruri hissələr peşəkar şəkildə restavrasiya olunub. İndi təzə vəziyyətdədir və problemsiz şəkildə daha 20 il istifadə etmək mümkündür. Nəinki gir yaşa, bir manatda xərcləmə gir yaşa.Bina çox əlverişli ərazidə yerləşir. Yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur, yaxınlıqda müxtəlif marketlər, uşaq bağçaları, tibb mərkəzləri var. Binanın altında iki dükan fəaliyyət göstərir. Giriş-çıxışı rahat və əlverişlidir Vasitəçilər narahat eləməsin, yavaş-yavaş öz xodumnan satıram heç yana tələsmirəm, əminəm alan adama düşərli ev olacaq çünki mənə də düşərli olub. Zəng eləyib goyulan qiymətdən 10 min aşağısını təklif etməyin. Satdığım evin qiymətini bilirəm, alqı satqı qünü açar təfil veriləcək. Ətraflı məlumat üçün zəng edin. Ancaq real müştərilər əlagə saxlasın,helə belə sohbət eləməyə adamım var.