📍 Lokasiya: Nərimanov rayonu, Həsənoğlu küçəsi (Heydər Əliyev Mərkəzi ilə Nəriman Nərimanov metrosu arasında)
🏢 Bina tipi: yeni tikili – biznes mərkəzi – home office
🚪 Otaq sayı: 3
📐 Ümumi sahə: 100 kv.m
🔌 Kommunikasiyalar: bütün kommunikasiyalar mövcuddur (su, işıq, qaz, internet və s.)
🕒 İş rejimi: vaxt məhdudiyyəti yoxdur (home office, avtonom)
💰 İcarə haqqı: 1300 AZN
...
Nərimanov rayonunda, Həsənoğlu küçəsində, Heydər Əliyev Mərkəzi ilə Nəriman Nərimanov metrosu arasında yerləşən yeni tikili binada 100 kv.m sahəsi olan 3 otaqlı home office icarəyə verilir.
Ofis bütün kommunikasiya xətləri ilə təmin olunub: su, işıq, qaz, internet və digər zəruri xətlər mövcuddur. Home office formatında olduğu üçün tam avtonomdur və vaxt məhdudiyyəti yoxdur.
Ofisdə tam təchiz olunmuş mətbəx mövcuddur: masa, mətbəx mebeli, soyuducu, mikrodalğalı soba və paltaryuyan maşın var. İstilik sistemi kombi, hər otaqda kondisioner quraşdırılıb.
Ofis qismən mebellə təmin olunub: dekorativ rəflər, işçi masaları, yumşaq mebel, divan və direktor masası komplekti mövcuddur.
Bütün otaqlarda pəncərə var, pəncərələr jalüzlərlə təmin olunub.
Ofisdə 2 ayrı sanitar qovşaq mövcuddur. Direktor otağında əlavə olaraq özünə məxsus balkon var.
Planlaşdırma rahatdır – uzun holldan otaqlara bölünmə aparılıb və funksional istifadə imkanı yaradır.
Ofis yerləşən 2-ci mərtəbə tam qeyri-yaşayış sahəsidir, mərtəbədə yalnız ofislər fəaliyyət göstərir. Bu mərtəbəyə ayrıca giriş mövcuddur.
Ofis müxtəlif fəaliyyət sahələri üçün uyğundur: tikinti şirkətləri, kurslar, mühasibatlıq, idarəetmə ofisi və s.
...
📞 Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın.
💼 Agentliyin komissiyası 20% təşkil edir.
Acar var. Baxmaq ucun 1 saat once xeber etmeyiviz yeterlidir.
Ofisi gotorduyuvuz haldan derxal kocub fealiyetivize bashliya bilersiz.