Premium Kirayə Mənzil – “Baxça Şəhər”, Sumqayıt
Sumqayıt şəhərinin prestijli “Baxça Şəhər” yaşayış kompleksində yerləşən, 14-cü mərtəbədə, 3 otaqlı (kuxna-studio) geniş və müasir mənzil kirayə verilir.
Mənzil 88 kv.m sahəyə malikdir, tam yenidir və yaşayış olmayıb. Zövqlü planlaşdırma və geniş interyer rahat və komfortlu yaşayış üçün ideal şərait yaradır.
Kompleksin ərazisində və yaxınlığında aptek, kafe, market, restoran və digər bütün zəruri iaşə obyektləri mövcuddur. Gündəlik ehtiyaclarınızı rahatlıqla qarşılaya biləcəyiniz əlverişli yerləşmə üstünlüyünə malikdir. Sakit, təhlükəsiz və komfortlu yaşayış mühiti təqdim edir.